Tramp administrasiyası USAID-in müqavilələrinin 90 faizdən çoxunu ləğv edəcək

Dünya

27.02.2025 - 11:07

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ 60 milyard dollarlıq xarici yardımı kəsməyi planlaşdırır

ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və Dövlət Departamentinin xarici yardım müqavilələrinin 90 faizdən çoxunu ləğv etməyi planlaşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə “Associated Press” (AP) xəbər agentliyi məlumat yayıb.

AP-nin əldə etdiyi məlumata görə, Trampın əmri ilə bütün USAİD-in maliyyələşdirməsinin nəzərdən keçirilməsinin nəticələri sənəddə öz əksini tapıb. Birləşmiş Ştatlar 60 milyard dollarlıq xarici yardımı kəsməyi planlaşdırır.

Bildirilib ki, bu qərar ABŞ məhkəməsinin xarici yardımın maliyyələşdirilməsinə qoyulan qadağanın fevralın 26-dan əvvəl ləğv edilməsini tələb edən qərarından sonra verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş