Sabiq Prezident: “Vaşinqton artıq xərclənən vəsaitə görə kompensasiya almalı idi, lakin bu baş vermədi”
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp qarşıdan gələn prezident seçkilərində qalib gələcəyi təqdirdə, Avropa ölkələrindən Amerikanın Ukraynaya yardıma görə xərclədiklərini ödəməyi tələb edəcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Tramp özü bildirib.
“Avropadan xahiş edəcəm ki, Ukraynaya göndərilən silah ehtiyatlarının bərpası xərclərini bizə ödəsin”, – siyasətçi planlarını bölüşüb.
Tramp vurğulayıb ki, Vaşinqton artıq xərclənən vəsaitə görə kompensasiya almalı idi, lakin bu baş vermədi: “Çünki Avropada zəifliyinə görə hazırkı Amerika lideri Co Baydenə hörmət etmirlər”.
Sabiq Prezident qeyd edib ki, Avropa ölkələri ABŞ-ın xərclədiyi 200 milyard dolların yalnız kiçik bir hissəsini geri qaytarıb.