“İndi ABŞ-ın yeni qələbələri qeyd etmək vaxtıdır”
ABŞ Prezidenti Donald Tramp 8 may və 11 noyabr tarixlərini Birinci və İkinci Dünya müharibələrində Qələbə Günü elan edib. AYNA.AZ xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkə hesabında yazıb.
“Mən 8 mayı İkinci Dünya müharibəsində Qələbə Günü, 11 noyabrı isə Birinci Dünya müharibəsində Qələbə Günü elan edirəm”, – Ağ Evin rəhbəri yazıb.
Prezident vurğulayıb ki, “indi ABŞ-ın yeni qələbələri qeyd etmək vaxtıdır”.