Tramp: “2024-cü ildə hakimiyyətə qayıdacağıq”

Dünya

11.04.2021 - 12:09

"Əminəm ki, 2022-ci ildə Palatanı nəzarətimiz altına alacağıq”

 

ABŞ-ın sabiq Prezidenti Donald Tramp 2024-cü ildə yenidən Respublikaçılar Partiyasından prezident seçkilərində namizəd olacağını söyləyib. Bu barədə AYNA “Reuters”ə istinadən bildirir.

 

Tramp qeyd edib ki, 2024-cü il prezident seçkilərinin qalibi Respublikaçılar Partiyası olacaq.

 

"Əminəm ki, 2022-ci ildə Palatanı (ABŞ Konqresinin Nümayəndələr Palatası – red) nəzarətimiz altına alacağıq, Senatı geri qaytaracağıq”, - deyə sabiq ölkə başçısı bildirib.

 

Tramp Konqresə seçkilərdə Respublikaçılar Partiyasına dəstək vermək niyyətində olduğunu da söyləyib.

Müəllif: Ayna.az