Toylarda karantin qaydalarını pozan 20 nəfər cərimələnib

Xəbərlər

11.08.2021 - 09:34

Həkimlər Klinikalar SEO Xidməti

Toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydaları pozulub

 

Avqustun 10-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 186 toy şənliyinin monitorinqini həyata keçirib.

 

Daxili İşlər Nazirliyindən AYNA-ya bildirilib ki, monitorinq 173 şadlıq sarayında, 13 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

 

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

 

- 20 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

 

- 1509 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş