Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub

Xəbərlər

03.03.2022 - 10:39

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 2-si saat 20:50-dən 21:16-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.

Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş