Tixanovskaya Ağ Evdə qəbul ediləcək

Dünya

18.07.2021 - 00:54

“ABŞ Belarus xalqının demokratik istəklərini dəstəkləməyə davam edəcək”

 

Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanı gələn həftə Vaşinqtonda Ağ Evin yüksək səviyyəli nümayəndələri qəbul edəcək. AYNA xəbər verir ki, bu barədə AFP Agentliyinə Ağ Ev Administrasiyasının işçisi bildirib.

 

“Ağ Evin yüksək vəzifəli şəxsləri gələn həftə Vaşinqtona səfəri zamanı Tixanovskaya ilə görüşməyi səbirsizliklə gözləyirlər”, - deyə ABŞ rəsmisi qeyd edib.

 

Onun sözlərinə görə, ABŞ Belarus xalqının demokratik istəklərini dəstəkləməyə davam edəcək.

 

Bundan əvvəl Tixanovskayanın Vaşinqtona gözlənilən səfərinin təfərrüatları ilə tanış olan bir mənbə TASS-a bildirib ki, Belarus müxalifətinin lideri Amerika səlahiyyətliləri, Konqres üzvləri və xarici dövlətlərin ABŞ-dakı səfirləri ilə görüşəcək.

Müəllif: Ayna.az