Xüsusi təyinatlı zabitlərin şəxsi avtomobillərlə getdikləri qeyd olunur
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tiflisdən Batumiyə zirehli hərbi maşınlar və polis xüsusi təyinatlıları göndərmək barədə qərar qəbul edib. AYNA xəbər verir ki, bu barədə “Odishinews” Agentliyi məlumat yayıb.
Mətbuatda qeyd edilib ki, "Cobra" polis zirehli maşınlarından ibarət bir karvan Zuqdidi şəhərindən Batumiyə yollanıb.
Xüsusi təyinatlı zabitlərin Batumiyə şəxsi avtomobillərlə getdikləri də qeyd olunur.
Xatırladaq ki, oktyabrın 1-i Saakaşvili sosial şəbəkələrdə səkkiz illik mühacirətdən sonra Gürcüstana qayıtdığını yazıb. O, Batumidə qeydə alındığını söylədiyi bir video paylaşıb və oktyabrın 3-də keçiriləcək bələdiyyə seçkilərindən sonra tərəfdarlarını Tiflisdə mitinqlərə çağırıb. Sabiq Prezident küçə etirazlarında özünün də iştirak edəcəyini söyləyib.