Vinfrey koronavirusla mübarizə üçün 10 milyon dollar yardım edib
ABŞ-ın məşhur teleaparıcısı Oprah Vinfrey koronavirusla mübarizə üçün 10 milyon dollar ianə bağışlayıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, aparıcının xeyriyyə məqsədi ilə verdiyi maddi dəstək bu günə qədər ABŞ-da edilən ən böyük ianədir.
Məlumatda bildirilir ki, 10 milyon dolların 9 milyonu Misisipidəki oğlan və qız uşaqlarından ibarət uşaq evlərinə, 1 milyon dolları isə məşhur Hollivud aktyoru Leonardo Di Kaprionun koronavirusla bağlı yaratdığı xeyriyyə fonduna ödəniləcək.
Qeyd edək ki, dünyada Covid-19-a yoluxanların sayına görə ABŞ liderlik edir. Ölkədə bu günədək 278458 nəfər virusa yoluxub, 7159 nəfər ölüb.