Tehranda partlayış: ölənlər var

Dünya

01.07.2020 - 01:28

Hadisə zamanı binada 25 nəfər olub

 

İranın paytaxtı Tehranın şimalındakı klinikalardan birində baş vermiş partlayış və yanğın nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

 

AYNA xəbər verir ki, bu barədə Yanğınsöndürmə Xidmətinin nümayəndəsi Cəlal Maliki bildirib.

 

Daha əvvəl hadisə zamanı 13 nəfərin öldüyü qeyd edilirdi. Səhiyyə nazirinin müavini İraca Harirçi bildirib ki, hadisə zamanı binada 25 nəfər olub.

 

Klinikanın binası partlayış zamanı ciddi zərər çəkib.

Müəllif: Ayna.az