TƏBİB: Biz hər xəstəyə bir tibb bacısı qoya bilmirik

Cəmiyyət

24.11.2020 - 11:34

Həkimlər Klinikalar SEO Xidməti

Yaqut Qarayeva: “Süni tənəffüs aparatına qoşulanların sayı daha çoxdur”

 

“İndiki dövrdə əvvəlki illərlə müqayisədə koronavirus (COVID-19) xəstələrindən süni tənəffüs aparatına qoşulanların sayı daha çoxdur. Buna səbəb xəstəliyin birbaşa tənəffüs sisteminə təsir etməsidir. Təəssüf ki, bəzən həkimlər də xəstəyə ilkin mərhələdə antibiotiklər təyin edir. Bu yanlışdır. Xüsusi ağırlaşma olmazsa, antibiotikdən istifadədən qaçmaq lazımdır”.

 

AYNA xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib.

 

TƏBİB rəsmisinin sözlərinə görə, əgər xəstədə rezidens bakteriya aşkarlanırsa, xəstə və ona baxan tibb heyəti ayrılmalıdır: “Amma buna indi imkanımız yoxdur. Biz hər xəstəyə bir tibb bacısı qoya bilmirik. Tibb işçilərimiz çətin rejimdə çalışırlar. Antibiotiklərin ev şəraitində istifadə edilməsində insanlarla yanaşı, həkimləri də vurğulamaq istəyirik. Həkimlər özünü və xəstəsini sığortalamaq üçün antibiotik istifadə edirlər. Bu yanlışdır”.

 

“Geniş spektrli antibiotiklərin alınmasına qadağa qoyulmalıdır ki, insanlar onu kimdənsə eşidib almasın. Avropada evdə olan yüngül simptomlu xəstələrə heç bir dərman verilmir. Vitaminlər, mikroelementlər və qızdırma olarsa, o zaman dərmanlar verilir. Bu, bizdə də belədir.  Yüngül simptomlu xəstələrə heç bir dərman verilmir. Ölkəmizdə xəstələrə antiviral, antibiotik və hormonal preparatlar verilir ki, bu da yanlış müalicəyə, xəstələrin ağırlaşmasına və ağır halda xəstəxanaya gəlməsinə səbəb olur”, - deyə Y.Qarayeva vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş