Tbilisidə evə ildırım düşüb – Az sonra zəlzələ olub

Dünya

07.06.2021 - 08:37

Həkimlər Klinikalar SEO Xidməti

Yeraltı təkanlar Sameba kəndi ərazisində 3 bal gücündə hiss edilib

 

Tbilisinin Sanzona qəsəbəsində evə ildırım düşüb. AYNA qonşu ölkə mediasına istinadən bildirir ki, hadisə nəticəsində mənzilin dam örtüyü yanıb. Qonşuluqda olan evlərə ciddi ziyan dəyib. Lakin hadisə zamanı xəsarət alan olmayıb.

 

Bundan bir qədər sonra isə güclü yağış yağıb, Tbilisi yaxınlığında zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Sameba kəndi ərazisində 3 bal gücündə hiss edilib.

 

Məlumata görə, ölkənin digər bölgələrində də leysan yağışları fəsadlar törədib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş