Tbilisi teleqülləsində Azərbaycan bayrağı

Xəbərlər

19.10.2020 - 02:16

Gürcüstanın paytaxtının teleqülləsi bayrağımızın rəngləri ilə işıqlandırılıb

 

Gürcüstanın paytaxtı Tbilisinin ən yüksək nöqtəsində yerləşən teleqüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

 

AYNA APA-ya istinadən xəbər verir ki, Mtatsminda parkında yerləşən teleqüllə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin 29-cu ildönümü münasibətilə axşam saatlarından etibarən Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb.

Müəllif: Ayna.az