Bir-birinə hücum etməmək barədə razılıq əldə edilib
“Taliban” hərəkatının döyüşçüləri və 1990-cı illərdə "Taliban"a müqavimət göstərən üsyançı Şimal İttifaqının liderləri bir-birinə hücum etməmək barədə razılığa gəliblər. AYNA xəbər verir ki, bu barədə mənbələrinə istinadən “Geo” TV kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, “Taliban” və Şimali İttifaqı nümayəndə heyətləri arasında görüşlər iki gün ərzində Əfqanıstanın Pərvan əyalətinin Çarikar şəhərində baş tutub. Mənbələr tərəflərin tezliklə mətbuat konfransı keçirəcəyini və sülh danışıqlarının nəticələrini açıqlayacaqlarını söyləyib.
Göstərilən müqavilənin Pəncşir əyalətində olan Şimal İttifaqının keçmiş lideri Əhməd Şah Məsudun oğlunun tərəfdarları ilə “Taliban” döyüşçüləri arasında silahlı toqquşmaların qarşısını almağa kömək edəcəyi gözlənilir.