"Taliban"ın 284 silahlısı zərərsizləşdirilib

Dünya

17.07.2021 - 16:31

Müdafiə Nazirliyi: “Şinvari rayonu qruplaşma silahlılarından azad edilib”

 

İyulun 16-da gecə saatlarında gedın döyüşlər nəticəsində “Taliban”ın 284 silahlısı ölüb, 205-i yaralanıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumatda qeyd edilib ki, “Taliban” silahlıları Nanqarhar, Qəznə, Host, Maydan Vardak, Qəndəhar, Cuzcan, Sarı-Pol, Samanqan, Bəlx, Gilmend, Tahat və Kabul əyalətlərində gedən döyüşlərdə öldürülüb.

 

Bildirilib ki, 15 müxtəlif tip mina zərərsizləşdirilib.

 

“Şeyx Əli rayonunun mərkəzi, Pərvan əyalətinin Şinvari rayonu qruplaşma silahlılarından azad edilib”, - Müdafiə Nazirliyinin məlumatında vurğulanıb.

Müəllif: Ayna.az