Taliban təhlükəsizlik qüvvələrinə hücum edib: 14 nəfər həlak olub

Dünya

06.06.2021 - 14:59

Həkimlər Klinikalar SEO Xidməti

Daha 30-dan çox hərbçi və polis əməkdaşı Taliban yaraqlıları tərəfindən mühasirəyə alınıb

 

Əfqanıstanın şimal-qərbində, Faryab əyalətində Taliban hərəkatı silahlıları təhlükəsizlik qüvvələrinə hücum edib. AYNA xarici mediaya istinadən bildirir ki, hücum nəticəsində yerli polis rəisi də daxil olmaqla, güc strukturlarının azı 14 əməkdaşı öldürülüb.

 

Əyalət Şurasının üzvü Nadir Saidi açıqlamasında deyib ki, taliblər şənbə günü axşam saatlarında Kaysar uyezdinin baş polis idarəsinə hücum ediblər: “Daha 30-dan çox hərbçi və polis əməkdaşı Taliban yaraqlıları tərəfindən mühasirəyə alınıb. Əgər əlavə kömək gəlməsə, onlar da əsir götürüləcək”, - deyə Saidi bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş