Taleh Kazımov Milli Məclisdə söz verdi

Xəbərlər

12.04.2022 - 12:19

Həkimlər Klinikalar SEO Xidməti

"Qarşıya qoyulacaq tapşırıqlara, vəzifə öhdəliklərindən irəli gələn vəzifələri peşəkarlıqla icra edəcəyimə söz verirəm" 

Milli Məclisin bu gün keçirilən iclasda Taleh Kazımovun Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi müzakirə olunub. AYNA xəbər verir ki, müzakirələrə T.Kazımov özü də qatılıb. 

Müzakirə zamanı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Mərkəzi Bankın rəhbərliyindən uzaqlaşdırılan Elman Rüstəmova təşəkkür edib. 

Deputat xatırladıb ki, E.Rüstəmov 27 ildir ki, bu vəzifədə çalışıb: "Taleh Kazımovun idarə heyətinin üzvü təyin edilməsinə səs verəcəyik, uğurlar arzulayırıq. Amma bank sistemində ciddi problemlər var. Artıq insanlar bankdan yox, deputatdan kredit istəyirlər. Ölkəmizdə vətəndaşlara verilən kredit faizləri digər ölkələrdən yüksəkdir. Bu faizlər heç olmasa birrəqəmli faizlərə salınsın. Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var. Lakin bu valyuta ehtiyatlarının müəyyən hissəsindən vətəndaşlara əlçatanlığı təmin edilməlidir”.

Müzakirələrdən sonra qərar səsə qoyularaq qəbul edilib. 

"Mənə göstərilən ali etimada görə möhtərəm Prezidentə minnətdarlığımı bildirirəm", - deyən T.Kazımov Milli Məclisin deputatlarına da təşəkkür edib: "Qarşıya qoyulacaq tapşırıqlara, vəzifə öhdəliklərindən irəli gələn vəzifələri peşəkarlıqla icra edəcəyimə söz verirəm".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş