Tailand ABŞ-a yeni ticarət sazişi təklif etmək niyyətindədir ki, bu da Amerika şirkətlərinə ölkənin bazarına daha geniş giriş imkanı verəcək.
AYNA.AZ-ın "Bloomberg" agentliyinə istinadən məlumatına görə, bu barədə Tailandın maliyyə naziri Piçay Çunhavaçira bildirib.
Onun məlumatına görə, Tailandın yeni təklifi ABŞ ilə ticarət profisitini (hazırda təxminən 46 milyard dollar təşkil edir - red.) 5 il ərzində 70% azaltmağı nəzərdə tutur.
Tailand Vaşinqtonun 36% həcmində gömrük rüsumları tətbiq etməsindən qaçmaq istəyir, bunun üçün ABŞ kənd təsərrüfatı və sənaye şirkətlərinə ölkənin bazarına daha geniş giriş imkanı veriləcək, ABŞ-dan gələn əksər mal qrupları üçün tariflər ləğv ediləcək.