Tacikistan Əfqanıstandakı vəziyyətdən narahatdır: “Fəlakətlidir”

Dünya

24.10.2021 - 13:25

Şerali Mirzo: “Əfqanıstandakı vəziyyət ölkəni beynəlxalq terror yuvasına çevirir”

“Əfqanıstanda fəlakətli vəziyyət yaranır”. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Tacikistanın müdafiə naziri, general-polkovnik Şerali Mirzo deyib.

General qeyd edib ki, təhlükəli vəziyyətin yaranması bir sıra amillərdən qaynaqlanır: legitim və inklüziv hökumətin olmaması, dövlət hakimiyyətinin fəaliyyət mexanizmləri, eləcə də insan hüquqlarının sistematik şəkildə pozulması.

Onun sözlərinə görə, yuxarıda göstərilənlərin hamısı ölkənin daha da bölgədə təhlükəsizliyi və sabitliyi təhdid edən beynəlxalq terror yuvasına çevrilməsinə gətirib çıxarır.

Mirzo onu da qeyd edib ki, beynəlxalq koalisiya qoşunlarının çıxarılmasından sonra Əfqanıstanda hərbi-siyasi vəziyyət tamamilə pisləşib.

Qeyd edək ki, oktyabrın 18-də Rusiya və Tacikistan Əfqanıstandan mümkün təcavüzü dəf etmək üçün birgə hərbi təlimə başlayıb. Bununla yanaşı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) beynəlxalq terrorçuların Tacikistan ərazisinə soxulmaq cəhdləri ilə bağlı sərhəd münaqişəsinin lokallaşdırılması üzrə əməliyyat hazırlayıb.

Xatırladaq ki, avqustun 15-də ABŞ qoşunlarının ölkədən çıxarılması fonunda “Taliban” Əfqanıstanın bütün ərazisinə nəzarəti ələ keçirib. Rəsmi Düşənbə orada bütün milli azlıqların təmsil olunacağı inklüziv hökumətin qurulmasını tələb edib və “zülm yolu ilə formalaşan” nazirlər kabinetini tanımamaqla hədələyib. Öz növbəsində “Taliban” Tacikistanı Əfqanıstanın daxili işlərinə qarışmaqda ittiham edir.

Müəllif: Ayna.az