Şüvəlanda hərbi sursat zərərsizləşdirilib - VİDEO

Xəbərlər

14.04.2022 - 15:37

Həkimlər Klinikalar SEO Xidməti

Dörd ədəd “F-1” əl qumbarası ərazidən götürülərək kənarlaşdırılıb

Xəzər rayonunun Şüvəlan qəsəbəsində sursat aşkar edilib.  AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı dörd ədəd “F-1” əl qumbarası olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər-hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş