Şuşaya bilet qalmadı: hamısı satılıb

Xəbərlər

30.06.2022 - 19:38

“Yolumuz Qarabağa” portalında yaxın tarix üçün bilet qalmayıb

Bakı-Şuşa və Əhmədbəyli-Şuşa-Əhmədbəyli müntəzəm avtobus reysinə iyul ayına olan biletlərin hamısı satılıb.

AYNA xəbər verir ki, “Yolumuz Qarabağa” portalında yaxın tarix üçün bilet qalmayıb. 

Qeyd edək ki, Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutları bu il yanvarın 24-dən həyata keçirilir. İyunun 25-də isə Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilib.

Müəllif: Ayna.az