Havanın temperaturu mənfi 4-8 dərəcə arasında dəyişir
Son üç gündə Şuşaya fasiləsiz qar yağır. AYNA xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən bildirilib.
Qeyd olunub ki, havanın temperaturu mənfi 4-8 dərəcə arasında dəyişir, qarın hündürlüyü 30 santimetrə çatır.