Şuşada ermənilərə məxsus kvadrakopter endirildi - FOTO

Xəbərlər

13.08.2022 - 15:56

Erməni silahlılarının kvadrakopteri Şuşada uçuşlar keçirməyə cəhd göstərib

Avqustun 13-ü saat 10:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.

Şuşada ermənilərə məxsus kvadrakopter endirildi -
Müəllif: Ayna.az