Şuşa zəfəri Ankarada coşqu ilə qarşılanıb

Xəbərlər

09.11.2020 - 01:33

Həkimlər Klinikalar SEO Xidməti

Aksiya “Azaflı” Sosial Yardım və Kültür Dərnəyi tərəfindən təşkil olunub

 

Azərbaycan Ordusunun şücaəti nəticəsində qədim Şuşa şəhərinin erməni faşistlərinin işğalından azad olunması Türkiyə paytaxtı Ankara şəhərində böyük coşqu ilə qarşılanıb.

 

AYNA AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimiz və xalqımızla sevincini bölüşmək istəyən insanlar Azərbaycanın Türkiyədəki Səfirliyinin qarşısına toplaşıblar. Azərbaycan və Türkiyənin dövlət bayrağını dalğalandıran aksiya iştirakçıları birlik, həmrəylik, qələbə və zəfər şüarları səsləndiriblər.

 

Sonra Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə bəzədilən maşın karvanı Ankaradakı Heydər Əliyev Parkına yola düşüb.

 

Aksiya “Azaflı” Sosial Yardım və Kültür Dərnəyi tərəfindən təşkil olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş