Suriyada qadınları hicab taxmağa məcbur etmək qadağan olunub

Dünya

09.12.2024 - 22:45

Həkimlər Klinikalar SEO Xidməti

Əmr qadınların geyim seçmək hüququna müdaxilə etməyi, onlara xarici görkəmi ilə bağlı iddialar irəli sürməyi qəti qadağan edib

Suriyanın silahlı müxalifətinin rəhbərliyi qadınların hicab taxmağa məcbur edilməsini qadağan edib. AYNA xəbər verir ki, bu barədə “Al-Watan” qəzeti yazıb.

Bildirilib ki, əmr qadınları müəyyən geyim geyinməyə məcbur etməyi, onların geyim seçmək hüququna müdaxilə etməyi, onlara xarici görkəmi ilə bağlı iddialar irəli sürməyi qəti qadağan edib.

Qeyd edək ki, noyabrın 28-də Suriyanın silahlı müxalifət qrupları Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçib. Hələb şəhərini ələ keçirərək yarım həftə ərzində Homs, Həma nəzarətə götürüblər. Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib. Bundan sonra Suriya ordusu komandanlığı Prezident Bəşər Əsədin hakimiyyətinin devrildiyini elan edib. Əsəd ailəsi ilə birlikdə Rusiyaya sığınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş