Türkiyə ordusu uğurlu əməliyyat keçirib
Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında PKK/YPG-nin növbəti təxrtibatının qarşısını alıb.
AYNA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Xüsusi təyinatlılar bölgədə terror təhlükəsinin aradan qaldırılması üçün növbəti uğurlu əməliyyat keçirib.
“Zeytun Budağı” və “Fərat Qalxanı” əməliyyat zonalarına hücuma cəhd göstərən 13 silahlı məhv edilib.