Meyit aidiyyəti üzrə təhvil verilib
Sumqayıtda mənzildə kişi meyiti aşkarlanıb. Bu barədə AYNA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Hüseynov Akif Nürəddin oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.