Sumqayıtda 18 tondan çox yarasız ət və süd məhsulları məhv edilib

Xəbərlər

09.02.2022 - 17:34

Həkimlər Klinikalar SEO Xidməti

Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb

Sumqayıtda istehlaka yararsız 18,6 ton ət və süd məhsulları məhv edilib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, “Qurman Plyus” MMC-nin agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş, 18 657,36 kiloqram müxtəlif növ ət və süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş