AK-74 , bir ədəd patron darağı və üç ədəd patron aşkar edilərək götürülüb
Sumqayıt sakinində silah-sursat aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əliyevdən AK-74 markalı avtomat silahı, bir ədəd patron darağı və üç ədəd patron aşkar edilərək götürülüb.