Zakir Həsənov Aleksandr Lentsovu qəbul edib
Mayın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovu qəbul edib.
AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildikləri Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub.