Atəşkəs rejiminə əməl olunmasına nəzarət edilir
Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz izlənilməsini və Dağlıq Qarabağda atəşkəs rejiminə əməl olunmasına nəzarəti davam etdirirlər. AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəsə əməl olunmasını izləyirlər.
"Atəşkəs bütün təmas xəttində müşahidə olunur. Minalardan Təmizləmə Mərkəzinin mühəndis və istehkamçı qrupları Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işləri davam etdirir", - deyə məlumatda vurğulanıb.