Sudandan 26 Azərbaycan vətəndaşının təxliyəsi başa çatıb

Xəbərlər

05.05.2023 - 01:52

cedabet dərman SEO Xidməti

XİN məlumat yayıb

Sudandan 26 Azərbaycan vətəndaşının təxliyəsi başa çatıb. AYNA Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.

“Sudan Respublikasından 26 nəfər Azərbaycan vətəndaşı qardaş Türkiyənin dəstəyi ilə ölkəmizə təxliyə olunub”, - deyə o qeyd edib.

Xatırladaq ki, Suveren Şuraya rəhbərlik edən Sudan ordusunun komandanı Əbdül Fəttah əl-Burhanla həmin şurada onun müavini olan xüsusi təyinatlı qüvvələrin başçısı Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən ölkədə vəziyyət gərginləşib. Aprelin 15-də Merove şəhərindəki hərbi baza yaxınlığında və paytaxt Xartumda iki güc strukturu arasında toqquşmalar başlayıb. Sudan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə toqquşmalar nəticəsində ölənlərin sayı 528-ə çatıb, 4 600-ə yaxın yaralı var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş