Subbakalavrların ərizə qəbulu davam edir

Xəbərlər

31.07.2021 - 20:46

Ərizələrinin qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır

 

Ali məktəblərə qəbul olmaq üçün subbakalavrların ərizə qəbulu davam edir. Bu barədə AYNA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

 

Qeyd edilib ki, subbakalavrların ərizələrinin qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə iyulun 23-dək ərizələrini təsdiq ediblər.

 

Subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 12:15-ə olan məlumata görə, 15 min 683 subbakalavr elektron ərizəsini təsdiqlədib.

Müəllif: Ayna.az