Bu peyvənddən istifadəyə yalnız 60 yaşadək insanlar üçün icazə verilir
Rusiyanın səhiyyə naziri Mixail Muraşko COVID-19-a qarşı hazırlanmış “Sputnik V” peyvəndinin tək komponentli versiyası olan “Sputnik Light”ın ilk partiyasının mülki dövriyyəyə buraxıldığını açıqlayıb.
AYNA xarici mediaya istinadən xəbər verir ki, ilk “Sputnik Light” peyvəndlərinin mülki dövriyyəyə daxil olduğunu söyləyən nazir Muraşko bu peyvəndlərin əsasən əvvəllər COVID-19-a yoluxmuş olanlara və peyvəndlənmiş şəxslərə vurulacağını söyləyib.
İyun ayının sonuna qədər təxminən 2,5 milyon doza vaksinin dövriyyəyə buraxılmasının planlaşdırıldığını bildirən Muraşko bu peyvənddən istifadəyə yalnız 60 yaşadək insanlar üçün icazə verildiyini bildirib.