Sosial ödənişlər üzrə əhaliyə ödənilən vəsait artıb

Cəmiyyət

16.05.2021 - 14:56

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlik sosial ödənişlərlə bağlı məlumat yayıb

 

2021-ci ilin yanvar-aprel aylarında da pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AYNA-ya verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qeyd olunan istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6,0% və ya 113,9 milyon manat çox olmaqla 2 milyard 25 milyon manat vəsait ödənilib. Bu sosial ödənişlər ümumilikdə 2 milyon 350 min şəxsi əhatə edib.

#

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş