Şikayətçilər müdiri vəsait mənimsəməkdə ittiham edirlər, qarşı tərəf isə iddiaları qəbul etmir
Bakı şəhəri Sabunçu rayonunda yerləşən 86 saylı uşaq bağçasında məşkunlaşan məcburi köçkünlərdən AYNA-ya şikayət daxil olub. Şikayətdə deyilir ki, uşaq bağçasının bir korpusunda yaşayan məcburi köçkünlərin mənzillərinin tavanı bərbad vəziyyətdədir.
“1998-ci ildən burada yaşayan 12 məcburi köçkün ailəsinə verilən otaqlarının təmirə ehtiyacı var, yağış yağanda otaq su içində olur, yığılan vedrələrlə suyu boşaltmaqdan bezmişik. Otaqların çoxunun dam örtüyü pis vəziyyətdədir, təzələnməyə ehtiyac var”, - deyə şikayətdə bildirilir.
Raminə Eyvazqızı
Pin up casino Pin-up casino giriş