“İmtahanlardakı lazımsız tələblər ləğv edilsin, əvəzində…”

Cəmiyyət

09.12.2019 - 21:52

Həkimlər Klinikalar SEO Xidməti

Almaz Həsrət: “Ümumi olaraq bütün ixtisaslar üçün eyni fənlərdən suallar verilir ki, bu da absurd bir məsələdir”

 

“Təhsil Nazirliyinin təşəbbüsü əsasında magistraturaya qəbulla əlaqədar təhlillər aparılır və gəncləri elmlə məşğul olmağa cəlb etmək üçün prosedurların birmərhələli keçirilməsi müzakirə olunur”.

 

Bunu ötən həftə jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Təhsil Nazirliyi tərəfindən magistraturaya qəbul imtahanlarının II mərhələsinin ləğvi təklifinə münasibət bildirən Abbaszadənin sözlərinə görə, təkliflər aidiyyəti qurumlara göndərilib.

 

Sözügedən yeni təklifi AYNA-ya şərh edən əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət, magistratura pilləsinə keçirilən imtahanların birmərhələli olmasının tərəfdarı olduğunu deyib: “Əlbəttə ki, ixtisaslı kadrların yetişməsi üçün bakalavr təhsil pilləsi ilə yanaşı, magistr təhsilinə də xüsusi diqqət yetirmək lazımdır. Lakin magistratura təhsili almaq istəyən tələbələr üçün cəmi bir imtahan da kifayət edə bilər. Belə ki, bu vaxta qədər magistraturaya qəbul prosesi iki mərhələdən ibarət idi. Birinci mərhələdə bakalavr təhsili alan tələbələrə Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən şərtlər qoyulurdu ki, tələbələr də bu şərtlərə cavab verməli idilər. İmtahanlar isə məntiqi təfəkkürün yoxlanılması, xarici dil bilikləri və informatika fənləri üzrə aparılırdı”.

Mərahim Nəsib