Sonuncu görünən Kim Çenin dublyorudur - <font color=red> İDDİA</font>

Dünya

08.05.2020 - 12:20

Kimin dublyoru ilə videosu ortaya çıxıb

 

Şimali Koreya lideri Kim Çen İnn ilə bağlı iddialar səngimir. AYNA xarici mediaya əsasən xəbər verir ki, indi də ölkə rəhbərinin uzun müddət sonra ortaya çıxması yalanlanır, onu dublyorunun əvəz etdiyi bildirilir.

 

Kimin ölüm-qalım xəbərləri gündəmdə qalmaqda davam etdiyi bir vaxtda, onun mayın 1-də yeni fabrikin açılşında iştirak etməsi, iddiaları bir az da artırıb. Dublyor iddiasına gəlincə, bu fikri irəli sürənlər, Kimin 2017-ci ildəki videosunu ortaya qoyublar. Həmin videoda Kim bütün görkəmi, saç düzümü ilə özünə bənzəyən şəxslə birlikdədir. Deyilənə görə, Kim ona edilə biləcək sui-qəsdlərdən qorunmaq üçün elə əvvəllər də dublyorundan istifadə edib.

 

Qeyd edək ki, Kim Çen aprelin 16-sında keçirdiyi ürək əməliyyatından sonra onun komada  və ya öldüyü xəbərləri geniş yayılıb. Hökumət onun sağlam olduğu barədə rəsmi bəyanatlar versə də, hələ də Kimin öldüyünü iddia edən xəbərlər yayılır.

Müəllif: Ayna.az