Son sutkada peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

14.10.2021 - 17:59

Bir gündə 33 min 441 nəfər vaksinasiyadan keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 min 441 nəfər peyvənd olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 12 763, ikinci mərhələ üzrə 20 678 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 9 106 934, birinci mərhələ üzrə ümumi sayı 4 929 657, ikinci mərhələ üzrə sayı isə 4 177 277 təşkil edir.

Müəllif: Ayna.az