Son sutkada neçə nəfər peyvəndlənib?

Xəbərlər

11.08.2022 - 17:41

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1766 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 280, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 147, üç və daha çox doza vaksin vurduranların sayı 1116, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 223 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 834 313, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 369 371, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 226, üç və daha çox doza vaksin vurduranların sayı 3 349 143, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 256 573 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş