Son sutkada COVID-19 əleyhinə peyvəndlənən olmayıb

Xəbərlər

29.05.2023 - 18:32

Azərbaycanda 14 milyona yaxın peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə peyvənd vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya bildirilib ki, ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 964 879, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 399, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 738, üç və daha çox doza vaksin vurduranların sayı 3 403 521, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 266 221 təşkil edir.

Müəllif: Ayna.az