Son sutkada COVID-19 əleyhinə 1909 peyvənd vurulub

Xəbərlər

09.06.2022 - 18:06

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1909 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 326, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 182, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1243, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 158 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 739 858, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 350 230, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 850 522, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 291 960, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 247 146 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş