Son sutkada 10 mindən çox şəxs COVID-19-a qarşı peyvənd olunub

Xəbərlər

06.04.2022 - 17:24

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 10 301 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 601, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 823, üç və daha çox doza vaksin vurduranların sayı 8282, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 595 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 513 935, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 328 620, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 829 985, üç və daha çox doza vaksin vurduranların sayı 3 123 615, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 231 175 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş