Sobyanin: “Epidemioloji vəziyyətə uyğun qərar verəcəyik”

Dünya

14.06.2020 - 11:59

Moskva normala dönməyə hazırlaşır

 

İyul ayında Moskvada bir sıra məhdudiyyətlər aradan qaldırıla bilər. AYNA xəbər verir ki, bu barədə "Rossiya 1" televiziya kanalının efirində Moskva meri Sergey Sobyanin açıqlama verib.

 

“Xüsusilə də teatrlar və kinoteatrlar açıla bilər, eyni zamanda idman və ictimai tədbirlərə pulsuz giriş mümkündür. Epidemioloji vəziyyətin necə olacağına baxıb, müvafiq qərar verəcəyik", - deyə Sobyanin qeyd edib.

 

Oxşar sözləri Sobyanin daha əvvəl də bildirmişdi. Mer vurğulamışdı ki, koronavirusa yoluxma dərəcəsi azalsa, iki ay ərzində şəhər normala dönəcək.

 

İyunun 14-nə olan məlumata görə, ümumilikdə Moskvada 204 mindən çox koronavirus infeksiyası aşkar edilib. Bunlardan 119,5 min nəfər sağalıb, 3 min 281 nəfər ölüb. Ümumilikdə isə Rusiyada pandemiyanın başlanğıcından bəri 520 mindən çox koronavirusa yoluxma faktı aşkarlanıb.

Müəllif: Ayna.az