Şimali və Cənubi Koreya arasında insident: <font color=red> Qarşılıqlı atəş açıldı</font>

Dünya

03.05.2020 - 13:45

Hadisə nəticəsində ölən və yaralananın olmadığı bildirilib

 

Bu gün Şimali Koreya və Cənubi Koreya arasında silahlı insident yaşanıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hər iki ölkə hərbiçiləri qarşılıqlı olaraq biri-birinə atəş açıblar.

 

Cənubi Koreyanın Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib ki, səhər yerli vaxtla saat 07:41-də Şimali Koreya tərəfindən Cənubi Koreya sərhədindəki hərbi hissələri bir neçə dəfə atəşə tutulub. Qısa müddətdən sonra Cənubi Koreya əsgərləri cavab atəşi açıblar. İnsident nəticəsində ölən və yaralananın olmadığı bildirilib.

 

Nazirliyin açıqlamasında o da vurğulanıb ki, Cənubi Koreya rəsmilərində Şimali Koreyanın hansı səbəbdən atəş açdığı haqqında məlumat yoxdur. Hadisə ilə bağlı araşdırmalara başlanıb. 

Müəllif: Ayna.az