Şimali Makedoniya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Xəbərlər

11.03.2025 - 11:44

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev Şimali Qordana Silyanovska-Davkovanı qarşılayıb

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın martın 11-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

AYNA.AZ xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Şimali Makedoniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Şimali Makedoniya Prezidentinə raport verib.

Şimali Makedoniya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Şimali Makedoniya Prezidentinin rəsmi qarşılanma mərasimi olub Şimali Makedoniya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş