Silahlı Qüvvələrə yardım Fondu ləğv edildi

Xəbərlər

08.12.2020 - 14:16

Azərbaycan Ordusuna Yardım Fondu yaradılıb

 

Prezident İlham Əliyev Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb .

 

AYNA-nın xəbərinə görə, fərmanda deyilir:

 

1. Azərbaycan Ordusuna Yardım Fondu yaradılsın.

 

2. “Azərbaycan Ordusuna Yardım Fondu haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

 

3. “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 475) ləğv edilsin.

 

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

4.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondu ləğv edildiyi gündən onun balansında qalan vəsaitin Azərbaycan Ordusuna Yardım Fondunun xüsusi xəzinə hesabına köçürülməsini təmin etsin;

 

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Müəllif: Ayna.az