Sərt karantin rejimi daha iki həftə uzadılacaq

Cəmiyyət

17.07.2020 - 01:40

cedabet dərman SEO Xidməti

Prezidentin köməkçisi karantin rejiminin uzadılacağını bildirib

 

Azərbaycanın bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin yenidən iki həftə uzadılması nəzərdə tutulub.

 

AYNA xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov Azərbaycan Televiziyasının efirində çıxışı zamanı bildirib.

 

"Təəssüf hissi ilə deməliyəm ki, Operativ Qərargahda bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması haqqında və onun uzadılmasının qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edilib. Karantin rejiminin əlavə 2 həftə - 15 gün uzadılması nəzərdə tutulub. Buna məcburuq", - deyə Ş.Mövsümov bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş