Serbiyanın Ermənistana satdığı silahlar Tovuzda bizə qarşı yönəlib - <font color=red> RƏSMİ</font>

Siyasət

23.07.2020 - 14:27

Xələf Xələfov: “Serbiya tərəfi məsələni araşdıracağını bildirib”

 

“Serbiya Ermənistana silah satması barədə araşdırmalara başlayıb”. AYNA xəbər verir ki, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

 

Nazirlik rəsmisi bildirib ki, Azərbaycan Serbiyadan adekvat cavablar gözləyir: “Biz Azərbaycanın Serbiyadakı səfirliyi ilə mütəmadi olaraq əlaqə saxlayırıq. Serbiya tərəfi məsələni araşdıracağını bildirib”.

 

X.Xələfovun sözlərinə görə, Serbiya şirkətlərinin Ermənistana satdığı silahlar Tovuzda Azərbaycana qarşı yönəlib.

Müəllif: Ayna.az