Xankəndinə erməni milisi, Şuşaya isə Azərbaycan polisi nəzarət edə bilər

Siyasət

03.10.2019 - 14:27

Və ya “Ştaynmayer formulu” Dağlıq Qarabağa tətbiq oluna bilərmi?

 

Ukraynada 2013-cü və 2014-cü il “Maydan” hadisələrindən sonra separatçılar Donbassın böyük hissəsində nəzarəti ələ keçirdilər. O illərdə dağılmış vəziyyətdə olan Ukrayna ordusu separatçıların nəzarət etdiyi bögələri, o cümlədən Donetsk və Luqansk şəhərlərini azad edə bilmədi. Bundan sonra Minksdə danışıqlar başladı və tərəflər arasında razılaşma əldə olundu.

 

Minsk razılaşması münaqişənin necə həll olunmasını ehtiva edirdi. Ancaq razılaşmadakı bəndlərin necə yerinə yetiriləcəyi dəqiqləşmədiyindən münaqişəni həll etmək mümkün olmadı. Nəticədə atəşkəs də mütəmadi pozuldu və hər iki tərəfdən itkilər qeydə alındı.

“Atlas” Araşdırmalar Mərkəzi